BAKI, 1 fevral. TELEQRAF
Fevralın 1-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Küləyin maksimal sürəti arabir Yardımlıda 21, İsmayıllı və Qobustanda 20, Lerikdə 19, Kəlbəcər, Zəngilan və Daşkəsəndə 18, Gədəbəydə 16, Şəkidə 15 m/s-yə çatır.