BAKI, 21 yanvar. TELEQRAF

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.