BAKI, 19 yanvar. TELEQRAF

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Teleqraf xəbər verir ki, diplomatlar Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib və məzarlar üzərinə əklillər qoyublar.

Qeyd edək ki, sabah 20 Yanvar faciəsinin 36-cı ildönümü tamam olacaq.