BAKI, 19 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Qəzza Sülh Şurasına qoşulmaq üçün ABŞ Prezidenti Donald Trampdan dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin də diplomatik kanallar vasitəsilə Sülh Şurasına qoşulmaq təklif alıb. Hazırda bu təklifin bütün detallarını öyrənirik. Bütün detalları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqə saxlayacağıq”, - o əlavə edib.