BAKI, 19 yanvar. TELEQRAF

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Çexiyanın Baş naziri Andrey Babişlə görüşü olacaq".

Teleqraf xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, görüş yanvarın 21-də baş tutacaq:

“Görüş çərçivəsində Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfərinin planlaşdırılması da müzakirə edilə bilər. Həmçinin Azərbaycanla enerji məsələləri bizim üçün çox vacibdir, çünki Azərbaycan Çexiyanın neft emalı zavodları üçün ən böyük neft tədarükçüsüdür. Beləliklə, enerji baxımından bu əməkdaşlıq bizim üçün çox vacibdir”.