BAKI, 19 yanvar. TELEQRAF
İcra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyası da həyata keçirilir.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, ötən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan 132 uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib.
"Uşaqlar Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar. Eyni zamanda ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyaları təşkil edilib. 2022-ci ildən bu günədək isə 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb", - sədr vurğulayıb.