BAKI, 19 yanvar. TELEQRAF

Ötən gün axşam saatlarında paytaxtın Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın baş verib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ərazidə təhlükəsizlik təmin edilməklə yanaşı, yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı, yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb. Yanğın qısa müddət ərzində söndürülüb.