BAKI, 19 yanvar. TELEQRAF
Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7 mindən çox, ümumən ötən dövrdə 16 min mənzil təqdim edilib.
"Əlilliyi olan şəxslərə isə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7700 avtomobil təqdim edilib.
Bu sahədə işlər 2026-cı ildə də davam etdiriləcək", - o vurğulayıb