BAKI, 19 yanvar. TELEQRAF
Ötən il 1392 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb və vəziyyəti daha riskli hesab olunan 320 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, 133 uşağın dərsə davamiyyəti bərpa olunub.
"Baxımsız kimsəsiz uşaqlar Agentliyin Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, uşaqlardan bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, uğurlarımız arasında loqopedə yönləndirilərək müsbət nəticə əldə olunan uşaqlar da var", - sədr qeyd edib.