BAKI, 19 yanvar. TELEQRAF
“2022-ci ildə Ermənistan və Türkiyə arasında üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması barədə razılaşma əldə olunub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin bərpası perspektivindən danışarkən deyib.
“İndi ətraflı danışa bilmirəm, vaxtı gələndə açıqlayacağam. Yalnız açıq olan deyə bilərəm, Türkiyə tərəfi bəyan edib ki, Əlican keçid məntəqəsini bərpa edir”, - o vurğulayıb.
Ruben Rubinyan Ankaranın Ermənistan-Türkiyə normallaşma prosesini Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqələndirməsinə də diqqət çəkib:
“Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesləri fərqlidir, amma eyni regionda olduğumuz üçün bir-birinə təsir göstərə bilər. Hesab edirik ki, Ermənistan-Türkiyə prosesində irəliləyiş Ermənistan-Azərbaycan prosesinə zərər verməyəcək, əksinə ona kömək edəcək və yeni stimul verəcək. Bundan əlavə, Ermənistan-Azərbaycan prosesində böyük irəliləyiş əldə olunub, 8 avqust bəyanatı, dəmir yolunun qismən açılması - ümumilikdə proseslər müsbət istiqamətdə gedir. Artıq bəzi nəticələri görürük, qalan nəticələri də görəcəyik”.