BAKI, 19 yanvar. TELEQRAF
Hazırda evdə (səyyar) sosial xidmət göstərilən ən yaşlı vətəndaş Nina Ryabsevadır.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Qadının 102 yaşı var və 37 ildir ki, bu xidmətdən yararlanır.
Vüqar Behbudovun sözlərinə görə, ən gənc benefisiar isə Sumqayıt şəhər sakini 31 yaşlı Vəfa Rəsulovadır. O, 2024-cü ilin avqust ayından xidmətə cəlb edilib.
"Bu xidməti göstərdiyimiz kontingent arasında şəhidlərimizin ailə üzvləri də var. Agentlik olaraq 2025-ci il ərzində 40 şəhid ailəsi üzvünü evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin etmişik", - o əlavə edib.