BAKI, 19 yanvar. TELEQRAF
"Ötən il Suriya Ərəb Respublikasından, Rusiya Federasiyasından və Fələstindən 37 vətəndaşımızın ölkəyə repatriasiyası həyata keçirilib".
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, onların sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə iş aparılıb.
"İl ərzində isə bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib", - sədr vurğulayıb.