BAKI, 19 yanvar. TELEQRAF
“Qarabağ”ın Bakıda Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur oyununa hakim təyinatları açıqlanıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Sandro Şerer olacaq.
FIFA referisinə Stefan de Almeyda ilə Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandah yerinə yetirəcək.
VAR-da Fedayi San, AVAR-da isə Lukas Fendrix olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də keçiriləcək.