BAKI, 19 yanvar. TELEQRAF
2025-ci ilin dekabrın 31-nə “Ziraat Bank”da fiziki şəxslərin müddətli depozitləri 8 milyon 61.58 min manat və ya 5,03% azalıb.
Teleqraf xəbər verir ki, bankda 2024-cü ildə bankda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 160 milyon 271,11 min manat təşkil edirdisə, 2025-ci ildə həmin rəqəm 152 milyon 209,53 min manat olub.
Ötən il bankın öhdəlikləri 419 milyon 476,44 min manat və ya 53,26% artaraq 1 milyard 207 milyon 066,36 min manat təşkil edib. 2024-cü ildə bu rəqəm 787 milyon 589,92 min manat olub.
Maliyyə qurumunda bankların depozitləri də 58,41% azalaraq 40 milyon 417,60 min manata enib (2024-cü ildə - 97 milyon 179,20 min manat)
“Ziraat Bank”ın nağd vəsaitləri də 9,73% azalıb. Bankın 2024-cü ildə banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla pul vəsaitləri 15 milyon 983,70 min manat təşkil edirdisə, 2025-ci ildə 14 milyon 428,55 min manat olub.