BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə şəhid ailələri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər də daxil olmaqla 1620 imtiyazlı şəxs sanator-kurort yollayışı ilə təmin olunaraq, sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

O bildirib ki, onlardan 96 nəfəri şəhid ailəsi üzvləridir.

"Agentlik fəaliyyətə başladığı 2020-ci ildən bu günədək yollayış ilə təmin edilən şəxslərin sayı isə 14 mindən çoxdur", - o əlavə edib.