BAKI, 16 dekabr. TELEQRAF
Erkən nikah ilə bağlı qanuna əsasən, cari ilin 11 ayında 40-dan çox obyekt sahibi və valideyn inzibati məsuliyyətə cəlb olunub.
Teleqraf xəbər verir ki, bunu DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini İmran Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu müddət ərzində 3 valideyn isə cinayət məsuliyyətinə cəlb olunub.
"Bu sahədə tədbirlərimiz davam etdirilir ", - o vurğulayıb.