BAKI, 16 dekabr. TELEQRAF
Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə “OBA” Marketlər şəbəkəsininin vətəndaşlara müraciətində deyilir.
Şirkətlər bildirilib ki, rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.
Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:
Şübhəli linklərə daxil olmamaq;
Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;
Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.
"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.