BAKI, 16 dekabr. TELEQRAF

"2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Saziş üzrə artıq yekunlaşmaq üzrədir".

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışı zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

O qeyd edib ki, bu sazişin hökumət adından Baş nazirin müavini, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən imzalanması planlaşdırılır.

Məmməd Musayev vurğulayıb ki, Baş Kollektiv Saziş sosial tərəfdaşlığın inkişafını təmin edən əsas sənədlərdən biridir və əmək bazarında planlı, dayanıqlı və şəffaf münasibətlərin formalaşmasına xidmət edəcək.