BAKI, 16 dekabr. TELEQRAF
"Bu qurultay Konfederasiyanın ötən dövrdə gördüyü işlərin təhlili, əldə olunmuş nailiyyətlərin dəyərləndirilməsi və qarşıdakı mərhələdə təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Teleqraf xəbər verir ki, bu fikirləri Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, qurultay Konfederasiyanın daha güclü, dayanıqlı və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə, sosial yönümlü missiyasının daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Şahin Mustafayev vurğulayıb ki, hökumət Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. Onun sözlərinə görə, Nazirlər Kabineti sosial tərəfdaş olaraq Konfederasiyaya bundan sonra da daim dəstək göstərəcək.