BAKI, 16 dekabr. TELEQRAF
“Mənim o torpaqlarda görmədiyim günləri övladlarım görəcək”.
Teleqraf xəbər verir ki, bunu Xocavəndə qayıdan məcburi köçkün İbrahim Nəcəfli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kənddən ayrılarkən cəmi dörd yaşı olub:
“Uşaqlıqda atam və anamla tərk etdiyim kəndimə bu gün azyaşlı övladlarımla qayıdıram. Hamımız çox sevinirik. Bu günə şükürlər olsun. Çox arzularımız var və onların hamısını doğma yurdda reallaşdırmaq istəyirik. Mənim o torpaqlarda görə bilmədiyim günləri artıq övladlarım görəcək”, – deyə İbrahim Nəcəfli qeyd edib.