BAKI, 12 dekabr. TELEQRAF

Dövlət Təhlükəsiziyi Xidmətinin​ əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar.

Bu barədə Teleqraf-a Dövlət Təhlükəsiziyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.