BAKI, 12 dekabr. TELEQRAF
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyəti və üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
Teleqraf xəbər verir ki, üzvlər ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.