BAKI, 12 noyabr. TELEQRAF
Bakı-Sumqayıt yolunun daha bir hissəsində avtobus zolağı çəkilib.
Teleqraf-ın məlumatına görə, yeni çəkilən avtobus xətti "Şamaxinka" deyilən ərazidən tunel çıxışından Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu''na qədər olan yolu əhatə edəcək.
Artıq bununla bağlı xətlənmə işləri də aparılıb.
Qeyd edək ki, avtobus zolağına daxil olan minik avtomobillərinin sürücüləri 100 manat və 2 bal cərimələnir.