BAKI, 25 iyun. TELEQRAF

Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib.

"Report" xəbər verir ki, Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar" adlı panel müzakirəsi baş tutub.

Foruma İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi qatılıb.

Tədbirin məqsədi türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi olub.

Tədbir bədii hissə ilə başa çatıb.

***

11:20

Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilir.

Teleqraf xəbər verir ki, forumun əsas məqsədi türkman irsinin qorunması, təbliği, eləcə də müxtəlif ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və həmrəyliyin təşviq edilməsidir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, alimlər və müxtəlif ölkələrdən gəlmiş qonaqlar iştirak edirlər.