BAKI, 25 iyun. TELEQRAF
Aşura günü ilə əlaqədar bu saata qədər 550-dən çox insan qanvermə aksiyasında iştirak edib.
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Müfti Hacı Salman Musayev Aşura günü ilə əlaqədar QMİ-də təşkil edilən tədbirdə deyib.
O bildirib ki, toplanan qanlar bir çox insanın həyatda qalmasına kömək edir.