BAKI, 25 iyun. TELEQRAF

Türkiyə və Azərbaycan insan hüquqlarına hörmətə əsaslanan davamlılıq standartlarının inkişafı baxımından birlikdə daha güclü və nümunəvi modellər formalaşdıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları təşkilatının (KGK) sədri Hayrettin Kurt “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsindəauditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

“Türkiyənin qanunvericilik təcrübəsi və davamlılıq standartları sahəsində topladığı zəngin bilik, Azərbaycanın çevik və operativ dövlət xidmətləri modeli, sosial müdafiə sahəsindəki yenilikləri və yaşıl inkişaf istiqamətində nümayiş etdirdiyi siyasi iradə ilə birləşdikdə, region üçün güclü nümunə ortaya çıxır”, - deyə o qeyd edib.

H.K əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir:

“Bu əməkdaşlıq enerji, ticarət, nəqliyyat, rəqəmsallaşma, sosial siyasət və davamlılıq hesabatlılığı da daxil olmaqla bir çox sahədə ortaq gələcəyin qurulması üçün mühüm imkanlar yaradır”.