BAKI, 25 iyun. TELEQRAF

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və nümayəndələri Aşura günü ilə əlaqədar qanvermə aksiyasında iştirak ediblər.

Teleqraf xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsində təşkil olunub.

Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Müfti Hacı Salman Musayev də aksiyada iştirak edib.

Qeyd edək ki, ilk dəfədir Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğundan aksiyada iştirak edə bilmir.