BAKI, 29 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr ayları ərzində pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 94 müraciət daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, onlardan 57 anbar üzrə rəy verilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəy verilməsindən imtina olunub