FÜZULİ, 17 oktyabr. TELEQRAF

Füzuli Şəhəri Günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlər keçirilib.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, tədbirlər çərçivəsində tamaşa göstərilib, Füzulinin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən foto-sərgi nümayiş etdirilib.

Tədbirlər çərçivəsində rayon sakinləri üçün konsert keçirilib.

Günün sonunda şəhər mərkəzində möhtəşəm atəşfəşanlıq olub. Müxtəlif rəngli fişənglər Füzuli səmasını daha da gözəlləşdirib.