AĞDAM, 21 aprel. TELEQRAF
Ağdam şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mənzil başına çatan 92 ailə sahib olduqları mənzillərin açarları təqdim edilib.
***
14:15
Ağdam şəhərinə yola salınan 92 ailə mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında yola respublikanın müxtəlif yerlərindən yola salınan 332 nəfərdən ibarət 92 ailə Ağdam şəhərinə çatıb.
Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
***
06:21
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Teleqraf xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 332 nəfərdən ibarət 92 ailə yola salınıb.
Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.