BAKI, 10 oktyabr. TELEQRAF

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Türkiyə Respublikasından "Ersağ Azərbaycan" MMC -nin idxal etdiyi bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, “Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ” müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla “Ersağ Multivitamin, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu və “Alfa Nuts” MMC-nin idxal etdiyi, “Sns Gıda Kozmetik Ticaret ve Sanayi LTD ŞTİ” müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kq olmaqla “Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli” əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb.

Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.