AĞDAM, 15 iyul. TELEQRAF
"İşğaldan azad edilmiş ərazilərdə 8 ay ərzində 1 Beynəlxalq Hava Limanı, uzunluğu 593.7 km olan 16 avtomobil yolu çəkilib".
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Ağdamda təşkil edilmiş regional konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O tədbir iştirakçılarına məlumat verərək bildirib ki, uzunluğu 593.7 km olan 16 yol, həmçinin 47.1 km olan 1 dəmir yolu, 1 Beynəlxalq Hava Limanı, 8 yarımstansiya, 4 su anbarı, 6 su kanalı və magistiral qaz xətti çəkilib.