GƏNCƏ, 9 iyul. TELEQRAF
“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Heydər Əliyev Hava Limanından Teleqraf-a verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.
***
20:40
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.
Bu barədə Teleqraf-ın yerli bürosuna sərnişinlərdən biri məlumat verib.
Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.
İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.
İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.