BAKI, 17 iyun. TELEQRAF

Nəzarət tədbirləri çərçivəsində 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidiumlar) aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhsul "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) olub.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.