BAKI, 17 iyun. TELEQRAF
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Hesabata əsasən, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub. Doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.