BAKI, 15 dekabr. TELEQRAF

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏliyevaŞamaxı sakinlərinin evində qonaq olub.

Teleqraf xəbər verir ki, o bu barədə görüntüləri instaqram hesabında paylaşıb.

“Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq.

Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”, - Leyla Əliyeva paylaşımına əlavə edib.