“İşğaldan azad olunan ərazilərdə təhsil alanların sayı 3 min nəfərə yaxınlaşır”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, ümumtəhsil müəssisələrində müəllimlərin sayı isə 300-dən çoxdur.

Nazir vurğulayıb ki, Şuşada peşə məktəbinin istifadəyə verilməsi planlaşdırılır.