BAKI, 2 iyun. TELEQRAF

Nəzarət tədbirləri çərçivəsində 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, məhsul "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olub.

Qeyd edilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.