BAKI, 27 may. TELEQRAF

Bu gün Azərbaycandan Həcc ziyarətinə yollanan üçüncü zəvvar qrupları yola düşəcəklər.

Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar bu gün saat 11:00-da təyyarə ilə yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycandan zəvvar qrupları 25-31 may tarixlərində hər gün Həcc ziyarətinə yola düşürlər. Hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə - səhər saat 11:00-da və axşam saat 17:55-də havaya qalxacaq.