
BAKI, 20 may. TELEQRAF
"Üzv ölkələrdə yaşayan insanlar korrupsiyadan azad olmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə “GlobE Network” Rəhbər Komitəsinin sədr müavini Nasser Abaalkhail Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network”çərçivəsində Altıncı Plenar İclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, korrupsiya özü də zamanla dəyişir və yeni formalar alır:
“Süni intellekt və ortaya çıxan yeni cinayət növləri artıq gələcəyin deyil, bugünün reallığıdır. Korrupsiya heç bir sərhəd tanımır. Bu isə o deməkdir ki, biz ədalət prinsiplərini daha da möhkəmləndirməliyik. Korrupsiyadan daha güclü olmalıyıq. Buna nail olmaq üçün birgə atdığımız addımlar real nəticələr verməlidir. Mövcud imkanlarımızı yenidən dəyərləndirməli, hər bir ölkədə yaşayan insanların korrupsiyadan qorunmasını təmin etməliyik. Bu məqsədlə güclərimizi birləşdirməli və beynəlxalq əməkdaşlığı daha da gücləndirməliyik.”
Qeyd edək ki, BMT-nin Korrupsiya ilə Mübarizə üzrə GLOBE Şəbəkəsinin Altıncı Plenar Sessiyasının gündəliyi təsdiq olunub.