BAKI, 16 may. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Yusif Mirzəli oğlu Məmmədov dəfn olunub.
Teleqraf xəbər verir ki, onun nəşi Sumqayıt şəhəri "Şəhidlər Xiyabanı"nda torpağa tapşırılıb.
***
12:03
BAKI, 16 may. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Yusif Mirzəli oğlu Məmmədovun vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Azərbaycan ordusunun hərbçiləri, rəsmi şəxslər iştirak edirlər.
Yusif Məmmədov Sumqayıt şəhəri "Şəhidlər Xiyabanı"nda dəfn olunacaq.
Qeyd edək ki, Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində doğulub.
O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu, Murovdağ ərazisində itkin düşüb.