BAKI, 14 may. TELEQRAF

Milyonçu-bloger Hüseyn Həsənov vergi borclarının olmadığını deyib.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, “Instagram” sosial şəbəkəsindəki səhifəsində izləyicilərinə müraciət edərkən deyib.

"Bəli, "qiyabi həbs" sərt səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər hələ ötən il həll edilib", - o yazıb.

Bloger vəkillərinin artıq bu məsələ ilə bağlı iş apardıqlarını sözlərinə əlavə edib.

***

20:30

Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, bloger Hüseyn Həsənovu çirkli pulların yuyulması faktına görə 7 ilə qədər həbs və bir milyon rubl cərimə gözləyir.

Teleqraf xəbər verir ki, blogerə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndi ilə cinayət işi açılıb.

O, qiyabi həbs olunub və axtarışa verilib. Materiallarda bildirilir ki, Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Həsənov rusiyalı videobloger və iş adamıdır, biznes bacarıqlarının öyrədilməsi üzrə onlayn kursların müəllifidir. Məlumata görə, o, Rusiyadan kənarda yaşayır.