GORANBOY, 11 may. TELEQRAF

Goranboyda "Leksus" ağaca çırpılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Yuxarı Ağcakənd kəndində qeydə alınıb.

"Leksus" markalı avtomobilin ağaca çırpılması nəticəsində 1960-cı il təvəllüdlü Hafis Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

65 yaşlı sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.