BAKI, 2 may. TELEQRAF

"Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir".

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumda jurnalistlərə açıqlamasında deyib.

"İnformasiya müharibəsində heç vaxt atəşkəs olmur deyimi mövcuddur. Azərbaycan mediası öz işini elə peşəkar səviyyədə qurmalıdır ki, təhdidlərə cavab versin. Azərbaycan mediasında təhdidlərə cavab vermək və onların təsir dairəsini azaltmaq baxımından peşəkarlıqda problem yoxdur", - deyə o, əlavə edib.