AĞDAŞ, 2 may. TELEQRAF

Qəzada yaralanan qadınların kimliyi bəlli olub.

Teleqraf xəbər verir ki, bunlar 1997-ci il təvəllüdlü Hüseynova Fatimə Nuralı qızı və 1991-ci il təvəllüdlü Gözəlova Həqiqət Ehtiram qızıdır.

***

1 may, 22:42.

Ağdaşda yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.

"VAZ 2106" və "BYD" markalı maşınlar toqquşub, nəticədə "VAZ 2106" yol kənarında dayanan "Hundai" markalı maşına çırpılıb.

İlkin məlumata görə, üç avtomobilin toqquşması zamanı ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar 2003-cü il təvəllüdlü Cabbarov Zaur Hüseyn oğlu və iki qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.