BAKI, 18 aprel. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Hüseynov Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Teleqraf xəbər verir ki, şəhidin dəfn mərasimində yaxınları, ictimai xadimlər, qazilər, şəhid ailələri iştirak ediblər.
***
11:23
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Hüseynovla vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Azərbaycan ordusunun hərbçiləri, qazilər, şəhid ailələri, məktəblilər iştirak edirlər.
Mübariz Hüseynov Suraxanı rayonu Dədə Qorqud Qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Loru nahiyəsi (Kalinino rayonu) Qızıl Şəfəq kəndində doğulub.
O, 1993-cü ilin 23 oktyabrında Cəbrayıl rayonunda itkin düşüb.