BAKI, 18 aprel. TELEQRAF

"İşğaldan azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılmasını istəyirik. Bununla bağlı müvafiq qurumlara müraciət də etmişik. Ümid edirəm ki, bununla bağlı müsbət cavab alınacaq".

Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, yaxın zamanlarda işğaldan azad olunan ərazilərdə vəkillərin fəaliyyətə başlaması üçün iş aparılacaq: "Biz bu məsələlərdə müsbət nəticə olacağına inanırıq".