BAKI, 18 aprel. TELEQRAF

Azərbaycanda qadın və kişi vəkillərin sayı açıqlanıb.

Teleqraf-ın xəbərinə görə, bu barədə danışan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, ölkəmizdə vəkillərin ümumi sayı 2609 nəfərə çatıb.

“Yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir”, – Anar Bağırov qeyd edib.