BAKI, 16 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

FHN Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.