BAKI, 10 aprel. TELEQRAF
Prezident İlham Əliyevin 9 aprel 2025-ci il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Anar Nazim oğlu Eminov universitetin kollektivinə təqdim edilib.
Bu barədə Teleqraf-a Mingəçevir Dövlət Universitetindən məlumat verilib.
Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Anar Eminovun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib.